M.Vebber: Ferrari-də hamı əvvəl xoşbəxt olur

Sabiq Formula1 sürücüsü Mark Vebber bildirib ki, Ferrari-də bütün sürücülər ilk mövsümlərində xoşbəxt olurlar.

F-1.az xatırladır ki, Şarl Lekler “qırmızılar”ın sıralarına keçən il qoşulsa da, ilk mövsümündə iki yarış qazanıb. Bundan sonra monakolu sürücü Ferrari ilə uzunmüddətli müqavilə bağlayıb. Amma Formula1-in ən titullu komandasının builki performansı heç də ürəkaçan deyil.

Mark Vebber: “Şarl Lekleri izləmək lazımdır. Onunla maraqlanıram və görək Ferrari-də nə edəcək. İstənilən sürücü Ferrari-yə gələndə, ilk mövsümündə xoşbəxt olur. Amma 2 ildən sonra vəziyyət o həddə çata bilər ki, Lekler komanda ilə heç işləmək istəməz.

Ferrari-də yarışmaq asan deyil. Bunun tək səbəbi təzyiq deyil. Komanda daxilində tənqidlərin hədəfi ola bilərsiniz. Lekler də bu vəziyyətə gələ bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*