M.Şumaxer: Williams-da yarışmaq istəyərəm

Mercedes komandasının ehtiyat sürücüsü Mik Şumaxer bildirib ki, şans verilsə, Williams komandasında yarışmaq istəyər.

F-1.az xatırladır ki, almaniyalı sürücü iki mövsüm Haas komandasında yarışmış, amma komandanın rəhbəri Günter Ştayner ondan razı qalmadığı üçün yeni müqavilə uzatmamışdı. Əfsanəvi Mixaelin oğlu bundan sonra Mercedes komandasına test və ehtiyat sürücüsü kimi keçmişdi.

Mik Şumaxer: “Mən həmişə yarışmağa hazıram. İnanın mənə, ən yaxında maşına qayıtmaq üçün çox işləyirəm. Tezliklə qayıdacağam. Ən geci gələn il. Əminəm ki, tezliklə yeni şeylər olacaq.

Williams komandasında yarışmaq istəyərdim, amma bunun reallaşma ehtimalı yoxdur. Hazırda bütün komandalar mənim üçün yaxşı seçimdir”.

Qeyd edək ki, Williams komandası hazırda Aleks Elbon və Loqan Sarcent ikilisi ilə yarışır. Lakin idmanda bu il debüt etmiş Sarcent hələ də ümidləri doğrultmur.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*