M.Masinin istefa ilə bağlı açıqlaması

Maykl Masinin istefa verərək həm yeni iş imkanları, həm də ailəsinə yaxın olmaq üçün Avstraliyaya qayıtması barədə xəbər vermişdik.

F-1.az bildirir ki, Speedcafe resursu Mayklın sitatlarına yer verib. Bu, təcrübəli mütəxəssisin keçənilki Əbu Dabi Qran Prisindən bəri ilk açıq bəyanatıdır…

Maykl Masi: “Çarli Vaytinqin 2019-cu ildə Melburnda qəfil ölümündən sonra təkoturacaqlı tarışların idman direktoru, Formula1-in yarış direktoru və təhlükəsizlik nümayəndəsi kimi FİA-nı təmsil etməkdən şərəf və həzz duymuşam. Əvvəl də on ilə yaxın müddətdə FİA-nın müxtəlif layihələrində çalışmışam. İndi isə federasiyadan ayrılıb ailəm və dostlarıma yaxın olmaq üçün Avstraliyaya qayıtmaq qərarına gəlmişəm.

Mən illər boyunda FİA-ya üzv olan klublar, F1-in əməkdaşları, yarış promouterləri, FİA-dakı həmkarlarım və komandamla əməkdaşlıq etdiyim üçün fəxr edirəm. Karyeram boyu formalaşan bu əlaqələri və dostluqları həmişə dəyərləndirəcəm. Xüsusilə 2018-ci ildə məni yarış direktorluğu vəzifəsinə varis kimi gördükləri üçün Herbi Blaş və mərhum Çarli Vaytinqə sonsuz minnətdarlığımı bildirirəm. Eyni zamanda, keçmiş FİA prezidenti Jan Todta, Stefano Domenikaliyə və FİA əməkdaşlarından ibarət komandama verdikləri dəstəyə görə təşəkkür edirəm.

Bütün dünyada hər gün avtoyarışların keçirilməsini mümkün edən onminlərlə könüllülərə və rəsmi şəxslərə minnətdaram, çünki sürücülərin və digər şəxslərin təhlükəsizliyi mənim üçün hər zaman əsas əsas prioritet olub. FİA-nın yeni başçısı Muhamməd ben Sülayem və onun komandasına da təşəkkür edirəm, gələcək fəaliyyətlərində ən yaxşısını arzulayıram. Həyatımın bu hissəsində, xüsusilə son aylarda ailəmin, dostlarımın, həmkarlarımın və bütün dünyadan insanların dəstəyi heyrətamiz idi. Bunu əbədi olaraq xatırlayacağam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*