M.Həkkinen: Peres çox işləməlidir

Sabiq Formula1 pilotu Mika Həkkinen bildirib ki, Peres komanda yoldaşı Ferstappeni məğlub etmək istəyirsə, əlavə performans göstərməlidir.

F-1.az xatırladır ki, meksikalı sürücü 2021-ci ildə Red Bull-a qatıldıqdan sonra komanda yoldaşı Ferstappendən aşkar formada geri qalıb. Peres artıq bu vəziyyətdən razı deyil və gənc Maksı gerudə qoymaq istəyir.

Mika Həkkinen: “Peres yaxşı komanda yoldaşıdır. Komandasına qarşı çox itəatkardır. Komanda onu rəqibləri ləngitsin deyə istifadə edir.

Çempionluq barədə xəyallar qurması çox təbiidir, əks halda inkişaf edə bilməzsiniz. Ancaq komanda yoldaşınız Ferstappendirsə, realist olmalı və güzgüyə baxmalısınız. Maksı məğlub edə bilməyəcəyinizi anlamalısınız. Onu məğlub etmək üçün insanüstü gücləriniz olmalıdır. Peres ikinci olacaq. Buba şübhə etmirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*