M.Ferstappen Bakı Şəhər Halqasını sevir

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Bakı Şəhər Halqası bolidləri üçün əlverişli olmasa da, gözəl trasdır.

F-1.az xatırladır ki, hollandiyalı sürücü doğma Bakımızın küçələrində keçirilən yarışlarda hələ podiuma yüksələ bilməyib. 20 yaşlı sürücü keçənilki yarışda qələbəyə yaxın olsa da, mübarizəni yarıda dayandırmalı olmuşdu.

Maks Ferstappen: “Bakıdakı tras bolidimiz üçün əlverişli olmasa da, orada yarışmaq həzz verir. Çox uzun düzlüyü var və sıralanma turunda və yarışda orada bir az vaxt itirəcəyik. Keçən il orada problemlər yaşasaq da, əla iş görmüşdük. Amma mən davam edə bilmədim. Rikkardo isə qalib gəldi. Podiuma yüksələ bilərdim və çox məyus idim. Bu il pis nəticəni kompensə edib Bakıdan gözəl xatirələrlə ayrılmaq istəyirəm. Ümid edirəm ki, problem yaşamarıq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*