M.Arrivabene: “Komanda əmri tətbiq etmədik”

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, Monakoda komanda əmri tətbiq etməyiblər.

F-1.az xatırladır ki, Kimi Rəykkönen yarışa pouldan başlasa da, pitə komanda yoldaşı Fetteldən 5 dövrə tez çağırılmış və bu aralıqda liderliyi əldən vermişdi.

Almaniyalı sürücü 5 dövrə ərzində çox sürətli dövrələr vurmaqla, pit-stopdan sonra komanda yoldaşı Rəykköneni qabaqlaya bilmiş və yekunda karyerasının ikinci Monako Qran Prisini qazanmışdı. Lakin, Rəykkönen yarışdan sonra məyus görünürdü, hətta yaxın dostu və komanda yoldaşı Fetteli qələbə münasibətilə təbrik edərkən belə çox soyuq davranmışdı.

Mauritsio Arrivabene: “Komanda əmri tətbiq etmədik. Kimi buraya yarışlar qazanmaq üçün gəlib. Dubl komanda üçün əla nəticədir. Bu, bolidimizin və sürücülərimizin keyfiyyətini göstərir. İki sürücümüz də çempionlar kimi sürür. Pouldan başlayan Kimi planlaşdırılan pit-stopa qədər liderliyini qorudu. Seb isə Rikkardo ilə daha çox trasda qaldı və UltraSoft təkərlərlə mükəmməl nəticələr göstərdi. Kimi isə dövrəvi sürücüləri keçərkən çox vaxt itirdi.

Bu yarışda layiq olduğumuz mükafatı aldıq. Artıq növbədəki Kanada yarışı barədə düşünməyə başlamalıyıq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*