Lyberty Media Berninin iki yaxın adamına vəzifə verib

Formula1-in Liberty Media-dan olan yeni rəhbərliyi qurulmaqda olan aparata Berni Ekklstouna yaxın olan iki adamı rəhbər vəzifəyə təyin edib.

Yan Holms beynəlxalq yayım hüququ departamentinin başçısı vəzifəsini tutub. Hazırda Formula1-də yayım hüququna yanaşma dəyişdiyi üçün Holmsun əsas vəzifəsi ənənəvi televiziya yayımından başqa azarkeşlərin əlində olan qurğularına da kontentin ötürülməsini təmin etmək olacaq.

F-1.az xatırladır ki, Holms daha əvvəl Ekklstounla FOM-un lisenziya şöbəsində çalışıb, kifayət qədər cavandır – qırxdan bir az çox yaşı var.

Keyt Biven isə korporativ və VİP-xidmətlər departamentinə başçılıq edəcək. Hüquq təhsili alan Keyt Formula1 karyerasına Arrows komandasında başlamış, sonra isə uzun müddət FOM-da çalışmışdı.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*