25 Avqust 2019, Bazar - 10:59

N.Rosberq: “Liberty Media idmanı maraqlı edəcək”

N.Rosberq: “Liberty Media idmanı maraqlı edəcək”

Müəllif: Rauf Hacıyev, redaktor

16:31 - 24 Yanvar, 2017

Son Dünya Çempionu Niko Rosberq bildirib ki, Liberty Media şirkəti Formula1-i əlinə aldıqdan sonra idmanda bəzi şeylər dəyişə bilər.

F-1.az xatırladır ki, Ekklstoun uzun müddət Formula1-in rəhbəri olmuş və idmanın populyarlaşması üçün önəmli işlər görmüşdü. Amma 2017-ci ilin əvvəlində Liberty Media Formula1-i satın almış və Ekklstoun uzun illər əlində saxladığı postu tərk etmişdi.

Niko Rosberq: “Hazırda baş verən hadisələrin yaxşı olduğunu düşünürəm. Berni Ekklstoun uzun illər Formula1 üçün əla işlər gördü. Amma Liberty Media-nın idmana yeniliklər gətirəcəyi dəqiqdir. İşlər bir az amerikansayağı ola bilər, amma şou göstərməkdə onların çox güclü olduqlarını bilirik və bu, bütün Formula1 fanları üçün gözəl olacaq. İdmanın daha maraqlı olması üçün bütün ideyalar dəyərləndirilməlidir.

Bundan başqa bütün komandalar mövsümə sıfırdan başlayacaqlar. Bu da həyəcanı ikiqat artıracaq. Sözün açığı, 2017-ci ildə nələr olacağını görmək üçün səbirsizlənirəm. Kənardan izləmək həzz verə bilər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 311
Teqlər , ,
Paylaş

logo