Lotus komandası Barselonanı tərk edir

Bu dəqiqələrdə Lotus komandasının yük maşınları Barselonanı tərk edirlər. Roman Qrojanın bu gün trasda işlədiyi E20-02 şassisində üzə çıxan problemlər […]

Bu dəqiqələrdə Lotus komandasının yük maşınları Barselonanı tərk edirlər. Roman Qrojanın bu gün trasda işlədiyi E20-02 şassisində üzə çıxan problemlər o dərəcədə ciddi alınıb ki, şassini təcili bazaya göndərmək qərara alınıb.

Əvvəlcə komandanın nümayəndələri bildiriblər ki, əks istiqamətdə Xeres testlərində istifadə olunan şassi göndərilib. Amma vəziyyəti təhlil etdikdən sonra qərara alınıb ki, bu həftə testlərdən, ümumiyyətlə, imtina edilsin – baş qaldıran problemlər hər iki şassiyə aiddir.

Qarşıdakı günlər problemin ciddi araşdırılmasına sərf olunacaq. Komandanın texniki direktoru Ceyms Əllisonun sözlərinə görə, problem yalnız Barselonada üzə çıxıb – bu trasda orta sürət Xeresdə olduğundan çoxdur və sürətli döngələr də var, Xeresdə isə belə döngələr yoxdur: “E20-01-i Barselonaya göndərməzdən əvvəl biz bazada müəyyən simulyasiyalar keçirdik, məlum oldu ki, hər iki şassidə eyni problemlər var. Nəticədə əlavə işlər tələb olunan sahəni məhdudlaşdıra bildik. Ona görə də qərara aldıq ki, hər iki şassini Ənstounda modifikasiya edək. Biz artıq düzgün addım atmışıq və testlərin üçüncü seriyasına qədər hər şeyi düzəldəcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*