Löb qayıdıb və Akropolisdə liderliyi ələ alıb

Dünya Ralli Çempionatında (WRC) mövsümün 10-cu mərhələsi Yunanıstanın Akropolis şəhəri yaxınlığında tozlu dumanlı meşə yollarında başlayıb.

F-1.az xəbər verir ki, cümə axşamı sürücülər yerli stadiona toplaşmış azarkeşlərin gözləri önündə süni salınmış trasda şeykdaun keçirərək cümə günü üçün sürücülərin start ardıcıllığını müəyyən ediblər.

Cümə günü isə 6 dop baş tutub. Əgər şeykdaunda Hyundai sürücüsü Tyerri Növill birincilik əldə etmişdisə, cümə günü Ford sürücüləri heç kimə şans verməyiblər.

Biryarışlıq çempionata qayıdan idmanın əfsanəsi Sebastyen Löb ilk 3 dopda qalib gələrək nahara lider yollanıb. Nahardan sonra ilk iki dopda qalib gələn Pyer Lyui Lube komanda yoldaşını qabaqlayıb. Amma sonuncu dopda 9 qat dünya çempionu yenidən irəli çıxıb və günü 25 yaşlı Lubenin 1.7 saniyə önündə tamamlayıb.

Toyota-dan Esapekka Lappi önündəki cütlüyə 7 saniyə uduzur. Mövsümün lideri və çempionluğu artıq Yunanıstanda rəsmiləşdirməyi planlaşdıran Kalle Rovanperanın işləri yaxşı getmir. Sürücünün ehtiyat etdiyi aydın sezilir, amma bununla Kalle günü 9-cu yerdə başa vurub və liderə artıq bir dəqiqədən çox uduzur.

Hyundai sürücüləri 4-6-cı yerləri bölüşdürürlər: Növill həm veteran Dani Sordonu, həm də mövsümün ikincisi Ott Tənakı qabaqlasa da, liderdən 16 saniyə geridədir.

Şənbə günü ralli 6 dopla davam edəcək…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*