13 Noyabr 2019, Çərşənbə - 06:46

L.Həmilton: “İkinci yer bütün komanda üçün əla nəticədir”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:34 - 27 Mart, 2011

Lyuis Həmilton Avstraliya Qran Prisində qazandığı ikinci yeri bütün komandası üçün “əla nəticə” adlandırıb – komanda mövsümöncəsi testlərdəki problemlərdən sonra […]

Lyuis Həmilton Avstraliya Qran Prisində qazandığı ikinci yeri bütün komandası üçün “əla nəticə” adlandırıb – komanda mövsümöncəsi testlərdəki problemlərdən sonra elə birinci yarışda podium qazana bilib…

Lyuis Həmilton: “Düşünürəm ki, bu nəticə bizə özümüzlə fəxr etməyə imkan verib. Uik-end ərəfəsində komanda böyük iş görüb. İki həftə əvvəl biz heç ilk beşliyə düşməyə də ümid etmirdik. Heç kim düşünə bilməzdi ki, biz ilk yarışda ikinci yeri tutacayıq, maşın isə belə etibarlı olacaq. Güman edirəm ki, bu bizim hamımız üçün əla nəticədir.

Yarışın əvvəlində mən Fettelə çatırdım. Strategiya üzərində hələ işləməliyik, amma bizim sürətimiz yaxşıdır və növbəti yarışı səbirsizliklə gözləyirəm.”

Podiumun ikinci pilləsini qazanmasına 2008-ci ilin çempionuna maşının altlığının ciddi zədələnməsi də mane olmayıb: “Nəzarət lövhəsi və altlığın bir hissəsi ciddi zədələnib. Mən dəqiq bilmirəm ki, bu hansı anda baş verdi. Bundan sonra maşın asfalta yatma qüvvəsini bir qədər itirdi, mən onu səliqə ilə finişə çatdırmağa çalışırdım ki, xal qazanım – mövsümün sonunda bu xallar mənə lazım olacaq.”

Həmilton KERS-in vacibliyini də xüsusilə qeyd edib: “Startda təkərlər yerində fırlandı, ona görə də Sebastyan mübarizə apara bilmədim, amma KERS-in sayəsində ikinci mövqeyimi Markdan qoruya bildim.”

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 249
Teqlər
Paylaş

logo