L.Həmilton FİA-nı əməkdaşlığa çağırıb

Dünya çempionu Lyuis Həmilton FİA-ya komandalarla dialoqa başlaması üçün müraciət edib və bu həftə Ümumdünya Şurasının qəbul etdiyi qərarları tənqid […]

Dünya çempionu Lyuis Həmilton FİA-ya komandalarla dialoqa başlaması üçün müraciət edib və bu həftə Ümumdünya Şurasının qəbul etdiyi qərarları tənqid edib…

Lyuis Həmilton: “Mən hazırda Formula1-də baş verənlərə görə çox təəssüf edirəm. Mən təsəvvür edə bilmirəm ki, bu qərarlar tribunlarda toplaşmış və ya TV-ekran qarşısına yığılmış azarkeşlərə necə kömək edə bilər? Azarkeşlərin marağı bizim idmanda ən əsas faktor olmalıdır, amma baxaq görək hadisələr necə cərəyan edəcək. Vacib deyil ki, çempion hansı sistemlə müəyyən ediləcək, mən əminəm ki, hər bir sürücü sona qədər mübarizə aparacaq.

Son illərdə ilk dəfə olaraq komandalar, sürücülər, sponsorlar və azarkeşlər idmanın gələcəyi naminə birləşiblər, indi çox vacibdir ki, bizim rəyimizi çempionat rəhbərliyi eşitsin. Formula1 avtoidmanın zirvəsidir, biz onu məhz buna görə sevirik və bu statusu qorumaq üçün bir yerdə işləməliyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*