Şarl Lekler: “Bilirsiniz, ətrafımda hamı Medium-la start aldığı halda Soft-la yola çıxan yeganə sürücü siz olanda, deməli, ya qərarınız çox doğrudur, ya da ciddi səhvə yol vermisiniz. Düşünürəm ki, biz düzgün seçim etdik və bu, cümə məşqlərində gördüyümüz iş sayəsində mümkün oldu.
Landonu ötmək? Bilirdim ki, düzlükdə onun elektrik enerjisi ehtiyatı kifayət qədər deyil, buna görə də bundan istifadə etmək lazım idi. Əyləcləmə nöqtəsində təxminən eyni səviyyədə idik və manevr alındı, bu da yaxşıdır.
Əslində, finişə yaxın yumşaq təkərlərlə mövqe qazanacağımı gözləmirdim. Daha çox startda itirdiyimi bərpa edəcəyimə ümid edirdim, amma startım elə də yaxşı alınmadı.
Maşınım ilk məşqdən etibarən sürətlidir, buna görə mövsümün ikinci yarısına məhz belə başlamaq əladır”.





