12 Dekabr 2019, Cümə axşamı - 09:44

Ferrari cərimələnib

Ferrari cərimələnib

Müəllif: Rauf Hacıyev, redaktor

09:52 - 02 Dekabr, 2019

FİA yarışdan əvvəl yanacaq yükü ilə bağlı səhv məlumat verən Ferrari-yə 50 min avro pul cəzası verib.

F-1.az bildirir ki, yarışdan əvvəl FİA-nın texniki nümayəndəsi Co Bauer Şarl Leklerin bolidində yanacaq reqlamenti ilə bağlı pozuntu aşkarlayıb və bunu stüardlara bildirib. Raporta əsasən Ferrari-nin açıqladığı yanacaq yükü ilə çəndə olan yük arasında 4.88 kiloqram fərq olub. Ferrari-nin cəza alıb-almayacağı müəmmalı idi. Red Bull komandasının rəhbəri Kristian Horner gənc sürücü Leklerin yarışdan xaric ediləcəyini demişdi. Lakin stüardlar uzun müddət müzakirə apardıqdan sonra səhv məlumat verən Ferrari-yə 50 min avro pul cəzası verib.

Mattia Binotto: “Açıqlamalı bir şey yoxdur. Hesablamalarda səhv var. Biz düzgün hesabladığımıza inanırıq. Problem onlardadır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 79
Teqlər , , , , ,
Paylaş

logo