Lə Man: S.Burde poul qazanıb

Fransanın Lə Man şəhərində keçiriləcək 78-ci əfsanəvi sutkalıq yarış ərəfəsində sıralanma turu keçirilib. Bu seriyada sıralanma turu üç ikisaatlıq sessiyalar […]

Fransanın Lə Man şəhərində keçiriləcək 78-ci əfsanəvi sutkalıq yarış ərəfəsində sıralanma turu keçirilib. Bu seriyada sıralanma turu üç ikisaatlıq sessiyalar şəklində keçirilir. Dördüncü il ardıcıl olaraq ən yaxşı nəticəni Peugeot-nun zavod komandası göstərib, amma 2007-2009-cu illərdə hamıdan sürətli Sarte avtodromunda Stefan Sarrezan olurdusa, bu dəfə poulu keçmiş Formula1 sürücüsü Sebastyen Burde qazanıb.

Lə Mandan olan sürücü ən yaxşı nəticəsini iki gün əvvəl ilk sessiyada göstərib – ilk sessiyada adətən hamı maşının sürət sazlanmaları üzərində işləyir, sonrakı iki sessiyada isə komandalar yarışa hazırlaşırlar. Burdedən sonra start düzlüyündə Peugeot 908 HDi FAP maşınlarının digər üç sürücüsüdüzülüb.

“Şirlərin” əsas rəqibi olan Audi komandası son on ildə səkkiz dəfə bu yarışda qalib gəlsələr də, sıralanma turunda beşinci yerdən yuxarı qalxa bilməyiblər və dövrədə 3 saniyə uduzublar. Hərçənd, komandanın lideri, “mister Lə Man” ləqəbli Tom Kristensen əmindir ki, yarışda liderlərin maşınları bir-birinə yaxındırlar.

Aşağı siniflərdə mübarizə çox gərgin olub. LMP2 sinfində qələbəyə əsas namizəd Acura texnikasından yararlanan Britaniyanın Strakka və Amerikanın Highcroft komandalarıdır, sıralanma turunda isə Dənni Uotts avropalılara qələbə qazandırıb. GT1 sinfində Tomaş Enge Aston Martin-in ən sürətli olduğunu təsdiq edib, amma Roman Qrojan Ford-la ona azca uduzub. GT2 sinfində isə keçmiş Minardi sürücüsü Canmariya Bruni birinci olub – amma texniki təftiş zamanı məlum olub ki, onun Ferrari 430-da arxa antiqanada qaydalarda nəzərdə tutulduğundan 2 mm aşağı quraşdırılıb və poul Chevrolet komandasından Olivye Beretteyə verilib.

Sabah Bakı vaxtı ilə saat 18:00-da “Lə Manın 24 saatı” yarışına start veriləcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*