14 Dekabr 2018, Cümə - 09:23

Aston Martin Formula1-ə gəlir?

Aston Martin Formula1-ə gəlir?

Müəllif: Rauf Hacıyev, redaktor

11:20 - 08 Aprel, 2018

Aston Martin-in idarə heyətinin rəhbəri Əndi Palmer bildirib ki, Liberty Media-nın gələcək planlarından razıdır.

F-1.az xatırladır ki, Liberty Media Bəhreyndə idmanın gələcəyi ilə bağlı planlarını açıqlayıb. Amerikalılar 2021-ci ildə daha ucuz və təntənəli Formula1 görmək istəyirlər.

Qeyd edək ki, iclasda 5 əsas mövzu – gəlirlər, idarəçilik, idman və texniki reqlamentlər, güc qurğuları və xərclər – müzakirə edilib. Liberty mühərrik istehsalçılarına əlavə məbləğ ödəyəcəyini və mühərriklərin bəsit, ucuz və səsli olacağını deyib. Bu qərar istehsalçılar tərəfindən xoş qarşılanıb.

Əndi Palmer: “Formua1-in gələcəyi ilə bağlı yeni xəbərlər eşitmək gözəl oldu. Yeni planlar Aston Martin-in idmana mühərrik istehsalçısı kimi girməsini təmin edə bilər. Bu addımlar doğru yöndə atılıb”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 255
Teqlər , ,
Paylaş

logo