L.di Montedzemolo Londona gələ bilməyəcək

Bu gün London yaxınlığında Hitrou aeroprotunun otelində FİA prezidenti Maks Moslinin komanda rəhbərləri ilə görüşü keçiriləcək, görüşdə Formula1-in kommersiya başçısı […]

Bu gün London yaxınlığında Hitrou aeroprotunun otelində FİA prezidenti Maks Moslinin komanda rəhbərləri ilə görüşü keçiriləcək, görüşdə Formula1-in kommersiya başçısı Berni Ekklstoun da iştirak edəcək.

Amma son məlumatlara görə, federasiyaya və Maks Mosliyə qarşı sərt mövqe tutmuş Ferrari-nin prezidenti Luka di Montedzemolo Londona gələ bilməyəcək: GMM agentliyinin yaydığı məlumata görə, Luka atasının ölümü ilə əlaqədar olaraq İtaliyada qalıb. Skuderiyanı danışıqlarda komandanın başçısı Stefano Domenikali təmsil edəcək, FOTA-nın adından isə Toyota-nın başçısı Con Hauett çıxış edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*