13 Dekabr 2018, Cümə axşamı - 19:34

L.Stroll: “Keçənilki kimi olmayacaq”

L.Stroll: “Keçənilki kimi olmayacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

12:29 - 26 Aprel, 2018

Williams komandasının sürücüsü Ləns Stroll bildirib ki, Bakıda keçənilki uğuru təkrarlamaq mümkünsüzdür.

F-1.az xatırladır ki, Williams komandası keçən il Bakıda Massa ilə qələbəyə yaxın olsa da, braziliyalı sürücü asılqan problemi yaşadığı üçün mübarizəni dayandırmışdı. Ləns Stroll isə son metrlərdə Bottasın hücumlarına tab gətirməyərək ikinciliyi itirmişdi.

Bu il isə 3 yarış geridə qalmasına baxmayaraq, Britaniya komandası xal üzünə həsrət qalıb.

Ləns Stroll: “Hazırıkı paketimizi və trasın quruluşunu nəzərə alsaq, keçənilki kimi güclü olacağımızı düşünmürəm. Keçən il fərqli idi. Bakıda uzun düzlüklər var və bolidimiz üçün əlverişli idi. Bu il vəziyyətimiz fərqlidir. Builki bolidimizdə problemlər yaşayırıq. Bilmirəm, hər şey ola bilər. Bu, yarışdır. Görək necə olacaq. Amma inanmıram ki, keçənilki kimi olsun”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 133
Teqlər , , , , ,
Paylaş

logo