L.Rossi: Komanda döyüş ruhunu nümayiş etdirdi

Bu ayın əvvəlində komandanı tənqid atəşinə tutan Alpine rəhbəri Monakoda gələn podiumdan məmnundur.

F-1.az xatırladır ki, Loran komandanın aldığı nəticələrdən razı qalmadığını çox sərt dillə bildirmiş, əsas tənqid hədəfi isə komandanın rəhbəri Otmar Safnauer olmuşdu. Lakin indi o, tənqidlərin öz bəhrəsini verməsinə görə sevinir.

Loran Rossi: “Komanda üçün xoşbəxtəm. Ümid edirəm ki, tənqidim işə yaradı, hərçənd hələ bunu demək tezdir. Aydındır ki, təkmilləşdirməli olduğumuz bir neçə sahə var. Maşının inkişaf etdirilməsi vaxt aparacaq, bunun üçün müntəzəm yenilənmələr tələb olunur – biz də onları hazırlayırıq.

Son iki yarışda komanda döyüş ruhunu nümayiş etdirdi, indi tam lazım olduğu kimi çıxış edirlər, buna görə də xoşbəxtəm. Amma başa düşürəm ki, Monakodakı tras unikaldır və digər Qran Prilərdə belə nəticə gözləmək tezdir. Çox istərdim, amma əvvəlcə ciddi işləmək lazımdır.

Otmar Safnauer? Onun vəzifəsi komandanı idarə etməkdir. Buna görə məsuliyyət daşıyır. Alpine-in bir çox problemi var, inkişaf etdirilməli bir maşın, açılacaq bir neçə bazar var. Bu layihələrin rəhbərləri o qədər də tanınmasalar da, onların çiyinlərində eyni məsuliyyət var. Otmar da onlardan biridir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*