L.Həmilton yeni asfalt qatından narazıdır

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Barselona trasının yeni asfalt qatı hər şeyi korlayıb.

F-1.az xatırladır ki, Kataloniya trasının rəhbərliyi MotoGP sürücülərinin narazılığını nəzərə alaraq 2007-ci ildən sonra ilk dəfə asfalt qatını yeniləmişdilər.

Lyuis Həmilton: “Bəzi trasları niyə yenidən asfaltlayırlar bilmirəm. Məncə, bu əlavə xərcdir. Asfalt qatı köhnəldikcə trasda xarakter əmələ gəlir. Əgər bu düzləşsə, Barselonanın sahib olduğu xarakterini itirərsiniz. Oranı həmişə evim kimi görmüşəm. Yeni evin xarakteri olmaz. Amma gedib köhnə ev alsanız, onun keçmişi və xarakteri olacaq. Asfalt qatı köhnə olan trasları sevirəm. Sürücülərin brifinqlərində kələ-kötür yerlərdən şikayətlər olur. Bir az trayektoriyadan kənarda əylənə bilərsiniz və ya bolidi başqa cür sazlaya bilərsiniz. Lakin bunlar trasın xarakteridir. Oranı hamar etsəniz, döngəyə rahat girərsiniz. Amma bəzi şeylər çatışmır. Qabarlar daha çətin və aldadıcıdır. Döngəyə girərkən bolid oynaya bilər və bir az həssas olmalısınız. Mən də mübarizəni sevirəm. Trası hamarlayanda bu iş daha asan olur. Düzünü desəm, trasda sürmək artıq asanlaşıb və hazırda ən bəsit versiyadadır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*