17 Dekabr 2018, Bazar ertəsi - 23:14

L.Həmilton: “Öküzlərin arxasında start almaq heç də pis deyil”

L.Həmilton: “Öküzlərin arxasında start almaq heç də pis deyil”

Müəllif: Rauf Hacıyev, redaktor

00:13 - 28 Oktyabr, 2018

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Fettellə keçənilki insidenti yaxşı xatırlayır və buna görə də startda diqqətli olacaq.

F-1.az xatırladır ki, britaniyalı sürücü keçənilki Meksika yarışının startında Fettellə insident yaşamış və buna baxmayaraq, 9-cu yeri tutaraq karyerasının 4-cü çempionluğunu elan etmişdi.

Lyuis Həmilton: “Arxamdakı qırmızı maşınla keçən il nələr yaşadığımızı bilirsiniz. Startdan çox şey asılıdır. Məncə, 3-cü yerdən başlamaq yaxşıdır. Önümüzdəki maşınların hava kisəsindən faydalana bilərik. Startda yer qazanmağa çalışacam. Eyni zamanda Red Bull-un tempindən xəbərdaram.

Nəticədən razıyam. Çox xoşbəxtəm. Dünən çox çətin keçdi və bu gün əla inkişaf göstərdik. Dünən çox geridə idik. Buna görə də yuxarı pillələrdə olmağı gözləmirdik. Lakin komanda gecə əla işlədi. Əlimdən gələni etdim. Danielə görə də xoşbəxtəm. Onu təbrik edirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 262
Teqlər
Paylaş

logo