09 Dekabr 2018, Bazar - 23:28

L.Həmilton: “Heç yaxşı olmadı”

L.Həmilton: “Heç yaxşı olmadı”

Müəllif: Rauf Hacıyev, redaktor

21:54 - 07 Aprel, 2018

Mercedes komandasının sürücüsü Lyuis Həmilton ümid edir ki, yarışdan əla nəticə ilə ayrıla bilər.

F-1.az xatırladır ki, sıralanma turundan əvvəl britaniyalı sürücünün ötürmələr qutusu dəyişdirildiyi üçün startda 5 yer itirmək cəzası almışdı. Həmilton Bəhreyndə sıralanma turunda 4-cü yeri tutduğu üçün yarışa 9-cu yerdən başlamalı olacaq.

Lyuis Həmilton: “Sabah çətin olacaq. Əlimdən gələni etməyə çalışacam və var qüvvəmlə yarışacam. Sıralanma turu yaxşı keçmədi. Hədəfimiz ilk cərgə olsa da, Ferrari sürətli idi. Valtteri də yaxşı dövrə vursa da, alınmadı. Sabah yarışı yaxşı yerdə bitirməyə çalışacağıq. Fərqli strategiya ilə yarışacam. Çünki Soft təkərlə başlayacam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 102
Teqlər , , , ,
Paylaş

logo