21 Sentyabr 2019, Şənbə - 11:31

L.Həmilton: “Çətin yarış olacaq”

L.Həmilton: “Çətin yarış olacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

13:29 - 25 Mart, 2017

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, sabahkı yarışda qalib gəlmək çox çətin olacaq.

F-1.az xatırladır ki, britaniyalı sürücü ən yaxın rəqibi Sebstyan Fetteli 0.3 saniyə qabaqlayaraq, poul qazanıb. 32 yaşlı sürücü 1:22.188 zaman nəticəsi ilə trasın rekorduna imza atıb.

Lyuis Həmilton: “Burada olmaq əla hissdir. Albert Parkda 11-ci dəfə yarışıram. Amma 2007-ci ildəki debüt yarışım kimi həyəcanlıyam. Komandamla fəxr duyuram. Barselonadan sonra bolidi yaxşı vəziyyətə gətiriblər. Bolidi sürmək həzz verir və özümü rahat hiss edirəm.

Bu gün Valtteri də əla iş gördü. Onu təbrik edirəm. Sabahkı yarışda həm onunla, həm də Ferrari sürücüləri ilə mübarizə aparmağı gözləyirəm. Ümid edirəm ki, sonda biz qalib gələrik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 218
Teqlər , , ,
Paylaş

logo