L.Həmilton: “Britaniyadan sonra gücləndik”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton 2018-ci ildə dönüş nöqtəsi kimi Britaniya Qran Prisini görür.

F-1.az xatırladır ki, britaniyalı sürücü Almaniya yarışından sonra liderliyi ələ alaraq, mövsümün sonuna qədər qoruya bilib.

Lyuis Həmilton: “Mövsümə yaxşı başladıq. İlk yarışda tempimiz yaxşı idi. Daha sonra geriyə düşdük. Avstriyada dubl edə biləcəyimiz yarışda komanda olaraq mübarizəni dayandırdıq. Silverstounda isə startda insident yaşasam da, geridönüş edə bildim. Ora ev yarışım olduğu üçün o geridönüşə görə özümü xüsusi hiss etdim. İnsanların qarşılaması, təbrik etməsi, çiyinlərində gəzdirməsi çox gözəl idi. Onlar məni həmişə yaxşı qarşılayırlar. Həyəcanlarını hiss edə bilirəm. Britaniyada insanlar məni ayaqüstə dəstəkləyirlər. Hər il bu belədir. Daha sonra gözəl yarışlar keçirdik. Budapeştdə qalib gələrək yay fasiləsinə lider girdik. Xüsusən də tempimizin olmadığı zamanda bu nəticələr əla idi. Hokkenhaym, Montsa… Getdikcə gücləndik. Paketimiz güclü olmasa da, komanda olaraq əla işlədik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*