L.Həmilton: Tək qalmaq qəribə idi

Mercedes komandasının sürücüsü Lyuis Həmilton startda tək qaldığı üçün təəccüblənib.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa pouldan başlasa da, üçüncülüyə razı olub. yeddiqat Dünya ÇEmpionu ilk startdakı qəzalarda problem yaşamayıb. Qırmızı bayraqlardan sonrakı startda isə Həmiltondan başqa hamı quru təkərlər keçmək üçün pit-stopa yollanıb. Nəticədə 36 yaşlı pilot start-finiş düzlüyündə tək qalıb. Daha sonra pitə gələn Lyuis yarışa sonuncu yerdə qayıdıb. Lakin yaxşı tempi olan Həmilton finişi üçüncü yerdə keçə bilib.

Lyuis Həmilton: “Əvvəlcə Alpin-i və Okonu təbrik edirəm. Okon parlayan ulduz iid. Buna görə də onun adına sevinirəm. Aston Martin də ən yaxşı nəticələrindən birini əldə etdi. Bundan başqa azarkeşlər də var idi. Onlara da təşəkkür edirəm.

Bu gün çox çətin idi. İşimizi çətinləşdirdik. Startda tək qalmaq çox qəribə idi. Lakin belə hallar həmişə yaşana bilər. Bunlardan dərs çıxarmalıyıq. Əlimdən gələni etdim və sonlarda çox yorulmuşdum”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*