L.Həmilton Bottasla yola gedirmi?

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Bottasla münasibəti əvvəlki komanda yoldaşlarına nisbətən yaxşıdır.

F-1.az xatırladır ki, Həmilton daha əvvəl komanda yoldaşlarından Alonso, Batton və Rosberqlə qalmaqallar yaşayıb.

Birinci qış testlərindən sonra Bottas 1-ci olduğu halda, britaniyalı 4-cü yeri tutub. Amma buna baxmayaraq, Həmilton bildirib ki, Bottasın yaxşı yumor hissi var və bir finlandiyalıdan bunu gözləmirmiş: “Valtteri ilə peşəkar münasibətimiz var. Trasda bir-birimizi başa düşürük və bir-birimizlə oyun oynamırıq. Komandaya xeyir vermək üçün əlimizdən gələni edirik və bu çox vacibdir. Əvvəlki komanda yoldaşlarıma nisbətən Bottasla aram yaxşıdır. Təbii ki, bunları danışmaq üçün hələ tezdir. Amma hazırda işlər yaxşı gedir. Komanda ilə əlindən gəldiyi qədər yaxşı iş görmək istəyir. Çox tez öyrənən sürücüdür və ilk testdən də göründüyü kimi çox sürətlidir.

Keçən il əldən verdiyim çempionluqdan sonra özümü güclü hiss edirəm. Daha motivasiyalıyam və mövsümün ilk yarışını səbirsizliklə gözləyirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*