L.Həmilton: “Bottas poula layiq idi”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Bottas poula layiqdir.

F-1.az xatırladır ki, britaniyalı sürücü son cəhdində sürətli olsa da, son sektorda səhv etdiyinə görə poulu əldən vermişdi.

Lyuis Həmilton: “Valtteri mükəmməl dövrə vurdu və bu nəticəyə layiq idi. Onu təbrik etməliyik. Son cəhdimdə bütün gücümü ortaya qoysam da, son sektorda vaxt itirdim. Sözün açığı, bu gün Valtterini keçmək çətin idi. Xüsusən də, döngəli hissələrdə çox vaxt itirdim. Deyəsən 5 və 6-cı döngələrdə 0.15 saniyə itirdim, amma əlimizdən heç nə gəlmir. Nəticədən razıyam və sabah qalib gəlmək üçün hər şey edəcəm. Hamı son yarışda qələbə istəyir və buna görə çətin yarış olacaq. Həzz almağa çalışacam”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*