K.Rəykkönen Formula1-də gələcəyini düşünür

BBC telekanalına müsahibəsində 2007-ci ilin dünya çempionu Kimi Rəykkönen bildirib ki, əgər büdcənin məhdudlaşdıırlması qərarı qəbul olunsa və gələn ilin […]

BBC telekanalına müsahibəsində 2007-ci ilin dünya çempionu Kimi Rəykkönen bildirib ki, əgər büdcənin məhdudlaşdıırlması qərarı qəbul olunsa və gələn ilin çempionatı faktiki olaraq reqlamentiniki versiyası ilə keçərsə, o Formula1-i tərk edə bilər…

Kimi Rəykkönen: “İki reqlament – bu artıq Formula1 deyil, ona görə də mən tərəddüd edirəm. Baxaq görək hadisələr necə cərəyan edəcək – indi suallar çoxdur, heç kim dəqiq bilmir ki, gələn il necə olacaq. Mənim gələn il üçün müqaviləm var, qərar qəbul etmək məndən asılı olacaq.

Büdcənin məhdudlaşdırılması şəraitində Ferrari rəqabətədavamlı ola bilərmi7 Mən bilmirəm, bu barədə ekspertlər danışa bilərlər, amma məncə büdcə ağıllı olmalıdır, lakin varlı və kasıb komandaların bərabər rəqabətini təmin etmək asan deyil, hamını xoşbəxt etmək mümkün deyil.

Əminəm ki, bu il biz qələbə qazanacayıq, amma bilmirəm ki, titul uğrunda mübarizəyə qoşula biləcəyikmi? Yaxın yarışlarda hər şey məlum olacaq. Biz heç vaxt təslim olmuruq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*