D.Patrik USF1 ilə əlaqələrini təkzib edib

İndyCar seriyasının ulduzlarından biri Danika Patrik yeni yaradılacaq və 2010-cu ildə Formula1-də debüt edəcək Amerikanın USF1 komandası ilə əlaqələrini təkzib […]

İndyCar seriyasının ulduzlarından biri Danika Patrik yeni yaradılacaq və 2010-cu ildə Formula1-də debüt edəcək Amerikanın USF1 komandası ilə əlaqələrini təkzib edib. Mətbuatda onun adı komandaya real namizədlər siyahısında hallanmışdı, amma Danika Kanadanın Toronto Sun qəzetinin jurnalistlərinə bildirib ki, hələlik heç bir təklif almayıb…

Danika Patrik: “Siz mənim bu barədə bəyanatımı görmüsünüz? Yoxdur. Məncə onlar sadəcə ictimaiyyətin diqqətini cəlb etmək istəyirlər, amma yeni komandadan mənimlə heç kim əlaqə saxlamayıb – mən bu hadisə barədə qəzetlərdən oxumuşam.

Formula1? Mənim çoxlu ümidlərim və arzularım var, nə vaxtsa özümü belə bir çempionatda da sınamaq istəyərdim.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*