K.Rəykkönen çətin yarış gözləyir

Kimi Rəykkönen bugünkü sıralanma turunun nəticəsindən razı qalmayıb və etiraf edib ki, Ferrari F60 sadəcə kifayət qədər sürətli deyil və […]

Kimi Rəykkönen bugünkü sıralanma turunun nəticəsindən razı qalmayıb və etiraf edib ki, Ferrari F60 sadəcə kifayət qədər sürətli deyil və liderlərlə mübarizə aparmağa imkan vermir…

Kimi Rəykkönen: “Düzünü desəm əsas problem bundadır ki, biz kifayət qədər sürətli deyilik. Demək olmaz ki, maşının aşkar zəif yerləri var, amma o trası yaxşı tutmur, ona görə də biz sıralanma turunda bizi qabaqlayan komandalara uduzuruq. Yarış da çox çətin olacaq. Biz startı maksimum səmərəli keçirməliyik. Avstraliyada start uğurlu olmuşdu, amma orda yer az idi, burda isə uzun start düzlüyü var və trasda çox genişdir. Həm də dünən biz uzun məsafələrə stabil yürüşlər edirdik.

Əlbəttə, biz maşının sürətini qaldırmalıyıq, amma bu zaman texniki reqlamentə aydınlıq təcili edilməlidir ki, hansı istiqamətdə irəliləməyin mümkünlüyünü bilək.

Uzun dövrələr seriyasında hər iki təkər tərkibi yaxşı işləyirdi və biz bundan istifadə etməyə çalışacayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*