Komandalar FİA-nın daimi stüardını günahlandırıblar

İtaliyanın Corriere della Sera qəzeti FOTA üzvü olan komandaların FİA prezidentinə göndərdikləri məktubdan yazıb, məktubda söhbət FİA-nın daimi stüardı Alan […]

İtaliyanın Corriere della Sera qəzeti FOTA üzvü olan komandaların FİA prezidentinə göndərdikləri məktubdan yazıb, məktubda söhbət FİA-nın daimi stüardı Alan Donellinin yanlış fikrə əsaslanan mövqeyindən gedir…

Məktub şənbə günü göndərilib. Məktubun mətnində bildirilir ki, stüardların hərəkətlərinə nəzarət edən Donelli statusuna görə neytrallığını qorumalıdır. O Türkiyə Qran Prisi günlərində FOTA-ya daxil olan komandaların ofislərinə baş çəkib, təkid edib ki, onlar assosiasiyanın tərkibindən çıxsınlar və gələn ilin çempionatında iştirak etmək üçün şərtsiz ərizə versinlər.

Komandalar Donellinin davranışını statusuna uyğun saymayıblar və Moslidən rəsmi şərh verməyi tələb ediblər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*