K.Maqnussen McLaren-in diqqətini çəkib

Hamıya məlumdur ki, Formula1-də irsilik geniş yayılıb: elə bu günlərdə Mercedes GP komandasında 1982-ci ilin dünya çempionu Keke Rosberqin oğlu […]

Hamıya məlumdur ki, Formula1-də irsilik geniş yayılıb: elə bu günlərdə Mercedes GP komandasında 1982-ci ilin dünya çempionu Keke Rosberqin oğlu Nikonu, Hispania komandasında üçqat dünya çempionu Ayrton Sennanın bacısı oğlu Brunonu görmək olar.

Amma Fromula1 komandaları keçmişi unutmamaqla gələcəyi düşünərək istedadlı gənclərlə işləməyi də unutmurlar. Bu gün Martin Uitmarş bildirib ki, McLaren keçən əsrin sonlarında Formula1 sürücüsü olmuş danimarkalı Yan Maqnussenin 17 yaşlı oğlu Kevin Maqnussenlə uzunmüddətli müqavilə bağlayıb – yeri gəlmişkən, 1995-ci ildə Yan McLaren-in tərkibində bir yarış keçirmişdi…

Keçən il Kevin Renault Formulasının Avropa Kubokunda ikinci olub, bu il isə o, Almaniyanın Formula3 çempionatında gücünü sınayacaq. Ümumiyyətlə, beynəlxalq seriyalarda McLaren-lə müqavilə bağlamış 8 gənc sürücü yarışır: Maqnussend-ən başqa bu siyahıya Qiyedo van der Qarde, Nik de Vris, Oliver Törvi, Oliver Roulənd, Petri Suvanto, Aleks Əlbon və Cek Harvi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*