K.Sayns yeni mövsümə hazırlaşır

Toro Rosso komandasının sürücüsü Karlos Sayns 2017-ci ilin bolidlərinə öyrəşmək üçün məşqlərin ən ağırına hazırlaşır.

F-1.az xatırladır ki, bu ildən texniki reqlamentdə ciddi dəyişikliklər olacaq və bundan sonra sürücülərə fiziki cəhətdən daha çox yük düşəcək.

Pirelli döngə sürətlərinin artırılması üçün təzyiqədavamlı təkərlər istehsal edir.

Buna görə də Karlos Sayns boliddə özünü daha yaxşı hiss etmək üçün məşqləri artırıb: “Əvvəlki mövsümlərdə Formula1 bolidləri daha yavaş olsalar da, sürücülər fiziki cəhətdən çox əziyyət çəkdilər. Fərqliliklər olur. Bir il daha asan olduğu halda, növbəti il daha çətin ola bilir. Həmişə fiziki cəhətdən hazır olmalısınız.

Böyük ehtimalla bu il bizi hazırda bilmədiyimiz daha ekstrim səviyyəyə çıxarıblar. Mən də ən pis variantı düşünərək, vəziyyətə hazırlaşıram. Barselonadakı ilk testdə beş dövrədən sonra bunu gözləyirəm. Boynum əldən gedəcək və ürəyim dəqiqədə 180 dəfə döyünəcək. Belə düşünsəm və bu vəziyyətə uyğun idman etsəm, daha sonra bu vəziyyətlə qarşılaşmaram”.

Sayns bu qış hazırlıqlarına daha tez başladığını açıqlayıb. 22 yaşlı sürücü Dominikan Respublikasındakı günəşli tətildən sonra dekabrın 26-da idman zalında məşqlərə başlayıb.

Karlos Sayns: “Məşqlərə yanvarın 2-də və ya 3-də başlayacaqdım, amma bu il 1 həftə daha çox məşq etmək istədim. Çünki hamımız bilirik ki, 2017-ci ilin bolidlərinin fiziki tələbləri çox sərt olacaq. Buna görə də məşqlərə tez başladım.

Əvvəlki illərdəki kimi yeni il şənliyində iştirak edə bilmədim, amma bəzən bu cür fədakarlıqlar etməlisiniz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*