K.Sayns: Əla gün idi

McLaren komandasının sürücüsü Karlos Sayns cümə sərbəst yürüşlərindən həzz alıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Bəhreyndəki cümə sərbəst yürüşlərində 13-cü olub.

Karlos Sayns: “Soft təkərlə atdığım 10 dövrə əyləncəli idi, çünki get-gedə zaman nəticələri zəifləyir. Ona görə də təkərə yaxşı baxmalısınız. Daha sonra dövrələriniz yavaşlayır və limitdə sürməmək üçün özünüzü zorla saxlayırsınız.

Bizi maraqlı yarış gözləyir. Bazar günü 2-3 fərqli tərkibdən istifadə edəcəyik. Ona görə də əyləncəli yarış olacaq. Hər cür strategiya var. Hard təkərlər pis deyillər, çünki mövsümün ən sərt tərkibləridirlər. Bazar günü fərqli strategiyalar görə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*