26 Avqust 2019, Bazar ertəsi - 08:49

K.Rəykkönen: “Oğlum F1-də yarışmaq istəyirsə, özünə yaxşı menecer tapmalıdır”

K.Rəykkönen: “Oğlum F1-də yarışmaq istəyirsə, özünə yaxşı menecer tapmalıdır”

Müəllif: Rauf Hacıyev, redaktor

17:30 - 24 Sentyabr, 2016

Kimi Rəykkönen bildirib ki, Formula1-dən getdikdən sonra idmanın içində olmayacaq. Buna görə də, oğlu özünə menecer tapmalıdır…

F-1.az xatırladır ki, Kimi Rəykkönen avqust ayında çempionatda fasilədən istifadə edərək köhnə rəfiqəsi Minttu Virtanen ilə münasibətlərini rəsmiləşdirmişdi. Cütlüyün Robin adında bir oğulları var.

Jurnalistlər Rəykkönendən oğlunun Formula1-də yarışıb-yarışmayacağını soruşublar: “Gələcəkdə nələrin olacağını heç kim bilmir. Ən vacibi odur ki, oğlum sağlam olsun və gördüyü işdən həzz alsın. Oğlumu heç nəyə məcbur etməyəcəm. Amma avtomobillərə və motosikletlərə marağı var. Görək, nə olacaq.

Əgər Formula1-də yarışası olsa, özünə yaxşı menecer tapmalıdır. Çünki karyeramı bitirdikdən sonra paddoka gəlməyəcəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 343
Teqlər ,
Paylaş

logo