K.Maqnussen: “İnterlaqos əsl sürücülərin trasıdır”

Kevin Maqnussen İnterlaqos trasının çətin tras olduğunu və burada uğur qazanmaq üçün tam güclə yarışmaq lazım olduğunu deyib.

F-1.az xatırladır ki, danimarkalı sürücünün 2017-ci ildə harada yarışacağı məlum deyil. Amma Maqnussen bu mövzularla maraqlanmır və son iki yarışda uğurlu nəticələr əldə etmək istəyir: “Braziliya yarışları həmişə möhtəşəm keçir. Balaca olanda izlədiyim sürücülər burada önəmli uğurlar qazandılar. Buna görə də, İnterlaqos mənim üçün önəmlidir.

Əvvəllər burada mövsümün son yarışları keçirilərdi. İndi bu dəyişilib və mən məyusam. Amma burada olmaq mükəmməldir.

Tras çox qısadır. Kartinq traslarını xatırladır. Sürətli və ard-arda gələn döngələri var. Burada yarışmaq həzz verir. Bu trasda da Ostin kimi saat istiqamətinin əksinə hərəkət edirik. Keçid etmək üçün çoxlu fürsətlər var. İnterlaqos əsl sürücülərin trasıdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*