20 Noyabr 2019, Çərşənbə - 13:18

P.Verlyayn: “Sauber-i keçə bilərik”

P.Verlyayn: “Sauber-i keçə bilərik”

Müəllif: Rauf Hacıyev, redaktor

14:41 - 09 May, 2016

Paskal Verlyayn ümid edir ki, Manor komandası İspaniya üçün planlaşdırdığı qanad və altlıq yenilikləri ilə Sauber-ə çata bilər…

F-1.az xatırladır ki, Manor komandası mövsümün ilk yarışlarında keçən ilə nisbətən daha yaxşı təsir bağışlasa da, təkər yeyilməsi problemi ilə mübarizə aparır.

Komanda İspaniyaya yenilik paketi ilə gəlir və bu paketə görə orta qrupdakı mübarizəyə bir az da yaxınlaşmaq istəyir.

Verlyayn həftəsonu DTM seriyasının ilk yarışını izləmək üçün Hokkenhaym trasına gedib və jurnalistlərin suallarına cavab verib: “Barselona yarışı üçün bir neçə ədəd yeniliklərimiz olacaq.

Biz ümid edirik ki, bu yeniliklərin hesabına inkişaf edəcəyik və təkərləri daha yaxşı başa düşəcəyik. Son yarışlarda Sauber ilə mübarizə apara bilirik və ümid edirəm ki, indi onları keçə bilərik”.

Qeyd edək ki, Renault komandası Rusiya yarışında ilk xallarını qazanıb. Beləliklə, Sauber və Manor komandalarından başqa, bütün komandaların aktivində xal var…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 578
Teqlər , , , ,
Paylaş

logo