K.Maqnussen: “Haas F3 komandasına bənzəyir”

Haas komandasının sürücüsü Kevin Maqnussen Amerika kollektivini Formula3 komandasına bənzədib.

F-1.az xatırladır ki, danimarkalı sürücü Haas komandasında bu il debüt edib və yaxşı nəticə göstərib. Qeyd edək ki, Maqnussen daha əvvəl Formula1-in köklü komandaları sayılan McLaren və Renault-da çıxış etmişdi.

Kevin Maqnussen: “Buraya hamı yarışmaq üçün gəlir. Danışmaq istəmədiyimiz adamlarla vaxt itirmək məcburiyyətimiz yoxdur. Elə bil ki, F3 komandası ilə Formula1-də yarışırıq. Hər şey ortadadır. Buradakı hər kəslə işləməkdən həzz alıram. Yarışla əlaqəsi olmayan işlər görməyə məcbur deyilik. Heç bir kommersiya tədbiri yoxdur. Əsil yarış komandasıdır. Evimdəki kimiyəm və çox xoşbəxtəm. Belə bəsit komandada yarışmaq çox gözəldir.

Rəhbərliklə də rahatlıqla danışmaq mümkündür. Onlar həmişə bizimlə ofisdə olurlar. Hamısı komandanın bir hissəsidir. Buradan həzz alıram. Əsil komandayıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*