K.Maqnussen: Daha yaxşı nəticə gözləyirdim

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, Mayamidə güclü həftəsonu keçiriblər.

F-1.az xatırladır ki, danimarkalı sürücü yarışa 4-cü yerdən başlayıb və uzun müddət Şarl Lekler ilə təkər-təkərə mübarizə aparıb. Yekunda 10-cu yeri tutan Kevin komandasına ev yarışında 1 xal qazandırıb.

Kevin Maqnussen: “Bərbad start aldım. Təkərin fırllanması ilə dayanması bir oldu. Sonrasını isə xatırlamıram.

Lekler ilə təkərlrəim üçün çətin keçən mübarizə apardım və indi düşünürəm ki, təkərlərimi qorumalı idim. Artıq gecdir. Məncə, əla gün keçirdik və bir xal aldıq. Sözün açığı, bu gün 1 xaldan artığını xəyal edirdim. Amma bütün böyük komandalar yarışı tamamladılar və problem yaşamadılar. Yəni ki, xal qazanmaq üçün şətin yarış idi.

Yenə də qazandığımız bir xala görə sevincliyəm. Gözlədiyimizdən az xal qazansaq da, bu həftəsonu irəliyə doğru addım atdıq”.

Qeyd edək ki, Kevin Maqnussen daha əvvəl Ciddədə 1 xal qazanmışdı.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*