K.Horner Peresə bəy tərifi yağdırıb

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Peres komanda yoldaşı Ferstappenlə əla işləyir.

F-1.az xatırladır ki, meksikalı sürücü bu il yaxşı çıxış edir və bir poul, bir yarış qazanıb. Lakin son yarışlar Çeko üçün yaxşı keçmir. O gah mübarizəni dayandırır, gah da sıralana turunda gridə qalır.

Kristian Horner: “Serxio komandaya öyrəşib. Yeni reqlament ona uyğyndur. Yaxşı yarışır. Monakoda qalib gəldi və Ciddədə ilk dəfə poul qazandı. Əla yarışır. Məsələn, Silverstounda ayrı səviyyədə idi. Artıq özünə güvənir. Keçən il pandemiyaya görə bazanı mövsümün sonlarında gəzə bilmişdi. İşçilərlə də o zaman tanış olmuşdu. Komandaya gəlişi qəribə idi. İndi isə daha rahatdır.Mühəndislərlə yaxşı əlaqə yaradıb. Maksla münasibəti əvvəlki sürücülərdən fərqlidir. Maksla komanda yoldaşı olmaq çətindir. İki sürücü bir-birə yaraşır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*