J.P.Jabuy vəfat edib

Sabiq Formula1 pilotunun ölüm xəbərini nüfuzlu Auto Hebdo nəşri verib.

F-1.az xatırladır ki, Formula1-də 1974-1981-ci illərdə (1976-cı il istisna olmaqla) Williams, Surtees, Tyrrell, Renault, Ligier kimi komandalarda çıxış edən mərhum sürücü 49 yarışda start alıb, cəmi 2 dəfə podiuma yüksəlib ki, hər iki halda yarışı qələbə ilə başa vurub.

Altı yarışa pouldan başlayan sürücü karyerası boyunca 21 xal əldə edib. Çempionatı ən yaxşı halda – 1980-ci ildə səkkizinci yerdə başa vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*