J.E.Vern: “Mən həmişə hazıram”

Jan Erik Vern Ferrari ilə yarışmasa da, bildirib ki, onun əlində hələ də fürsətlər var.

F-1.az xatırladır ki, Toro Rosso komandasının sabiq sürücüsü hazırda Formula E-də mübarizə aparır və eyni zamanda Ferrari-nin simulyator sürücüsüdür. Bundan əlavə fransalı Ferrari-nin ehtiyat sürücüsüdür.

Pirelli 2017-ci il təkərləri üçün əlavə testlər edəcək və Vern bu yolla Formula1-ə qayıda bilər.

Jan Erik Vern: “Məşhur Skuderiyanın bir üzvü olmaq çox gözəldir. Ferrari-də çıxış etsəm, mənim gözəl fürsətlərim olacaq. Yarışlarda çıxış edə bilməsəm də, Pirelli testlərində çıxış edə bilərəm.

Bütün yarışlara gəlirəm, çünki yarış həftəsonunda nələrin baş verəcəyini heç kim bilmir. Avstraliyada Alonsonun başına gələnləri xatırlayın. Bu hamının başına gələ bilər və mən həmişə hazır olmalıyam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*