23 May 2019, Cümə axşamı - 22:11

İtaliya Qran Prisi: Sıralanma turu

İtaliya Qran Prisi: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:56 - 28 Sentyabr, 2012

Quru. Günəşli. Havanın temperaturu +28° C, trasın temperaturu +41° C Monsa uik-endi hələlik yağışsız ötüşür, komandalar və sürücülər sıralanma turuna […]

Quru. Günəşli. Havanın temperaturu +28° C, trasın temperaturu +41° C

Monsa uik-endi hələlik yağışsız ötüşür, komandalar və sürücülər sıralanma turuna tam ahzırlaşa biliblər və bu gün səhər nəticələr olduqca sıx alınmışdı.

Sebastyan Fettelin səhər maşınında yenə də generator sıradan çıxıb, sıralanma turuna qədər maşına yeni generator qoyulub.

Sıralanma turuna qədər iki sürücü cərimə olunub – Pastor Maldonado keçən həftə Spada falstart və Timo Qlokla insidentə görə 10 yer itirməklə cəzalandırılmışdı, Pol di Restanın maşınında isə artıq Monsada ötürmələr qutusu dəyişdirilmişdi.

Birinci sessiyanın əvvəlində Hülkenberqin maşınında ötürmələr qutusu sıradan çıxıb, onunla birlikdə “yeni” komandaların sürücüləri mübarizəni dayandırıblar. Protokollara isə Fernando Alonso başçılıq edib – 1:24.175. İkinci sessiyada nəticələr çox sıx olub, protokollara yenə də Alonso başçılıq edib – 1:24.242, ilk onluq isə yarım saniyəyə yerləşib. Mübarizəni Uebber, Maldonado, Peres, Senna, Rikkardo, D’Ambrozio və Vern dayandırıblar.

Sonuncu sessiyada Həmilton elə ilk cəhdində gözəl nəticə göstərib – 1:24.010 və bu nəticəni heç kim yaxşılaşdıra bilməyib. Batton ikinci nəticə ilə McLaren-ə birinci cərgəni tam təmin edib. Mövsümdə ilk dəfə Massa Alonsonu qabaqlaya bilib, düzdür, ispaniyalı sürücünün maşınında stabilizator sıradan çıxıb.

YerPilotKomandaMotorI sessiyaII sessiyaIII sessiya
YerVaxtYerVaxtVaxtFərq
01L.HəmiltonMcLarenMercedes021:24.211041:24.3941:24.010
02C.BattonMcLarenMercedes031:24.672021:24.2551:24.133+ 0.123
03F.MassaFerrariFerrari061:24.882051:24.5051:24.247+ 0.237
04P.di RestaForce İndiaMercedes051:24.875031:24.3451:24.304+ 0.294
05M.ŞumaherMercedes AMGMercedes121:25.302071:24.6751:24.540+ 0.530
06S.FettelRed BullRenault071:25.011091:24.6871:24.802+ 0.792
07N.RosberqMercedes AMGMercedes041:24.689061:24.5151:24.833+ 0.823
08K.RəykkönenLotusRenault101:25.151101:24.7421:24.855+ 0.845
09K.KobayaşiSauberFerrari131:25.317081:24.6831:25.109+ 1.099
10F.AlonsoFerrariFerrari011:24.175011:24.2421:25.678+ 1.668
11M.UebberRed BullRenault141:25.556111:24.809
12P.MaldonadoWilliamsRenault081:25.103121:24.820
13S.PeresSauberFerrari111:25.300131:24.901
14B.SennaWilliamsRenault091:25.135141:25.042
15D.RikkardoToro RossoFerrari161:25.728151:25.312
16J.D’AmbrozioLotusRenault171:25.834161:25.408
17J.E.VernToro RossoFerrari151:25.649171:25.441
18H.KovalaynenCaterhamRenault181:26.382
19V.PetrovCaterhamRenault191:26.887
20T.QlokMarussiaCosworth201:27.039
21Ş.PikMarussiaCosworth211:27.073
22N.KartikeyanHRTCosworth221:27.441
23P.de la RosaHRTCosworth231:27.629
24N.HülkenberqForce İndiaMercedes24

İtaliya Qran Prisi: Sıralanma turu

İtaliya Qran Prisi: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:52 - 10 Sentyabr, 2011

Quru. Günəşli. Havanın temperaturu +30° C, trasın temperaturu +45° C Monsaya qədər mövsümün gedişində keçirilmiş bütün sıralanma turlarında poulu yalnız […]

Quru. Günəşli. Havanın temperaturu +30° C, trasın temperaturu +45° C

Monsaya qədər mövsümün gedişində keçirilmiş bütün sıralanma turlarında poulu yalnız Red Bull sürücüləri qazanmışdılar, amma bir çox ekspert hesab edirdi ki, məhz Monsada rəqiblər bu gözəl seriyanı qıra biləcəklər, axı indiyə qədər “qırmızı öküzlər”in Monsada ən yaxşı nəticəsi dördüncü yer olmuşdu…

Birinci sessiyada Pastor Maldonado pit-leynin girişində fırlanaraq ön antiqanadını sındırıb, amma boksa qayıda bilib və yenidən trasa çıxıb. Mübarizəni isə yeni komandaların sürücüləri ilə birlikdə Xayme Algersuari dayandırıb. Daniel Rikkardo ilk dəfə Vitantonio Liutsini üstələyə bilib. Bütün sürücülər 107%-lik həddi keçdikləri üçün sabah yarışın startına çıxacaqlar. Protokollra isə Lyuis Həmilton başçılıq edib.

İkinci sessiyada liderlər də yumşaq təkərlərə keçiblər və sürətlər artıb. Sebastyan Fettel elə ilk cəhdində göstərdiyi nəticə ilə protokollara başçılıq edib. Mübarizəni isə Force İndia, Williams və Sauber komandalarının sürücüləri ilə birlikdə Sebastyen Buemi dayandırıb.

Keçən ilin ən yaxşı beş komandası tam heyətlə sonuncu sessiyada mübarizə aparıblar. Bu dəfə Fettel inamla protokollara başçılıq edib – almaniyalı sürücü mövsümdə 10-cu, karyerasında isə 25-ci poulunu qazanıb. Sabahkı yarışda 2-ci və 3-cü yerlərdən McLaren sürücülər, 4-cü yerdən yerli azarkeşlərin sevimlisi Fernando Alonso start alacaq. yarış maraqlı olacaq…

YerPilotKomandaMotorI sessiyaII sessiyaIII sessiya
YerVaxtYerVaxtVaxtFərq
01S.FettelRed BullRenault021:24.002011:22.9141:22.275
02L.HəmiltonMcLarenMercedes011:23.976031:23.1721:22.725+ 0.450
03C.BattonMcLarenMercedes031:24.013021:23.0311:22.777+ 0.502
04F.AlonsoFerrariFerrari041:24.134051:23.3421:22.841+ 0.566
05M.UebberRed BullRenault051:24.148061:23.3871:22.972+ 0.697
06F.MassaFerrariFerrari071:24.523081:23.6811:23.188+ 0.913
07V.PetrovLotus Renault GPRenault061:24.486091:23.7411:23.530+ 1.255
08M.ŞumaherMercedes GPMercedes151:25.108071:23.6711:23.777+ 1.502
09N.RosberqMercedes GPMercedes081:24.550041:23.3351:24.577+ 2.202
10B.SennaLotus Renault GPRenault131:24.914101:24.157
11P.di RestaForce İndiaMercedes091:24.574111:24.163
12A.SutilForce İndiaMercedes101:24.595121:24.209
13R.BarrikelloWilliamsCosworth141:24.975131:24.648
14P.MaldonadoWilliamsCosworth111:24.798141:24.726
15S.PeresSauberFerrari161:25.113151:24.845
16S.BuemiToro RossoFerrari171:25.164161:24.932
17K.KobayaşiSauberFerrari121:24.879171:25.065
18X.AlgersuariToro RossoFerrari181:25.334
19Y.TrulliTeam LotusRenault191:26.647
20H.KovalaynenTeam LotusRenault201:27.184
21T.QlokMarussia VirginCosworth211:27.591
22J.D’AmbrozioMarussia VirginCosworth221:27.609
23D.RikkardoHispaniaCosworth231:28.054
24V.LiutsiHispaniaCosworth241:28.231

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 320
Teqlər
Paylaş

logo