D.Rikkardo: “Podium qələbəyə bərabərdir”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Çində də Ferrari və Mercedes ön sıralarda olacaqlar, buna görə də podiuma yüksəlmək onlar üçün böyük uğur sayılacaq.

F-1.az xatırladır ki, Red Bull komandası Albert Parkda Ferrari və Mercedes-ə nisbətən həm zəif, həm də etibarsız təsir bağışlamışdı. Rikkardo mühərrik probleminə görə mübarizəni vaxtından əvvəl dayandırdığı halda, Ferstappen yarışın sonunda əyləclə bağlı problem yaşamışdı.

Daniel Rikkardo: “Mercedes-dən başqa bir komandanın qalib gəlməsi gözəldir. Ferrari qələbə qazansa da, Mercedes favoritdir. Ümid edirəm ki, biz də burada rəqabətədavamlı olub qələbə uğrunda mübarizə apararıq. Uzun düzlüklər işimizi çətinləşdirəcək, amma digər sahələrdə bu çatışmazlığı bağlamalıyıq. Burada ən məntiqli hədəf podiuma yüksəlmək olar. Qələbə bizim üçün əlçatmazdır. Ümid edirəm ki, öndəkilərlə eyni tempdə gedərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*