18 Noyabr 2019, Bazar ertəsi - 03:31

İspaniya-2016: Üçüncü stüard – Martin Donelli

İspaniya-2016: Üçüncü stüard – Martin Donelli

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:54 - 11 May, 2016

Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Bu dəfə stüardlara Martin Donelli kömək edəcək.

İrlandiyalı keçmiş sürücü Formula1-də 1989-cu ildə Fransa Qran Prisində Arrows komandasında zədələnmiş Derek Uoriki əvəzləməklə debüt etmişdi. 1990-cı ildə Lotus komandasına keçən marin Macarıstan Qran Prisində karyerasının ən yüksək nəticəsini – yeddinci yer göstərmişdi. Martinin qısa F1 karyerası Xeresdəki ciddi qəza ilə başa çatmışdı. Bundan sonra milli çempionatda çıxışe dən Martin Norfolkda özünün sürücülük akademiyasına başçılıq edir.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, mövsümün beşinci Qran Prisində iralndiyalı sürücü FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının üzvü, Çexiya avtoklubunun baş katibi Radovan Novaka və Amerika federasiyasının nümayəndəsi, McLaren komandasının keçmiş başçısının oğlu Tim Mayerə kömək edəcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 631
Teqlər , , , , ,
Paylaş

logo