21 Avqust 2019, Çərşənbə - 03:13

C.Palmer İspaniyada yeni şassi ilə yarışacaq

C.Palmer İspaniyada yeni şassi ilə yarışacaq

Müəllif: Elçin Zodorov, redaktor

12:23 - 09 May, 2016

Mövsümün ilk yarışında xal almağa yaxın olan Palmer Bəhreyn və Çində texniki problemlərlə üzləşmişdi.

F-1.az xəbər verir ki, Rusiya Qran Prisindən sonra komanda onun üçün yeni şassi hazırlamaq qərarına gəlib. Palmer İspaniya Qran Prisində yeni şassidən istifadə edəcək. Eyni zamanda, bu şassi cümə günü Silverstounda baş tutan çəkiliş günündə sınaqdan keçirilib.

Colion Palmer Barselonada daha güclü olacaqlarına inanır: “Yaxşı bir həftəsonuna ehtiyacımız var. Kevin Rusiyada komandamız üçün xallar qazandı və bunun hər yarışda mümkün olduğunu bilirik. Artıq Avropadakı yarışlar başlayır və hamımız bu trası yaxşı tanıyırıq. Yaxşı nəticələr üçün səbirsizlənirəm”.

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 389
Teqlər , , ,
Paylaş

logo