Horner Red Bull-a dəvət etmək istədyi keçmiş sürücülərdən danışıb

"Fövqəladə hkeayələr" (Extraordinary Tales ) podkastında Red Bull komandasının başçısı Kristian Hornerdən son illərin sürücülərindən hansını komandada görmək istəməsi soruşulub.

F-1.az xatırladır ki, Red Bull 2005-ci ildə debüt edib və o gündən komandaya Horner başçılıq edib – bu illər ərzində komandada 16 sürücü çıxış edib…

Kristian Horner: “Bu illər ərzində özümün komandada görmək istədiyim bir neçə sürücü olub. Düşünürəm ki, Xuan Pablo Montoya Formula1-də tam özünü sübut edə bilmədi, onu komandaya götürərdim. O, daha çox şeyə qadir olan inanılmaz istedadlı yarışçı idi.

Arden komandası ilə testlər keçirən başqa bir sürücü də var idi – mən onu Formula1-in qaçırdığı fenomenal sürücü hesab edirəm. Sonradan idman avtomobillərində bir çox seriyalarda böyük uğur qazanan Tom Kristensen adlı bir oğlan idi…”

, ,