Hokkenhaymdə Ferstappenin adını daşıyan tribuna olacaq

Gənc hollandiyalı sürücünün adına Spa və Red Bull Ring traslarında da tribuna var və ötən il hər iki tribunaya bütün biletlər satılmışdı.

F-1.az xatırladır ki, Almaniya Qran Prisi birillik fasilədən sonra bu il yenidən Hokkenhaym trası ilə təqvimə qayıdıb. Hollandiyanın Sportstadion şirləti tribunalardan birinə Maks Ferstappenin adının veriləcəyini bildirib.

Şirkətin açıqlamasında bildirilir: “Spa və Şpilberqdə Maksın adına olan tribunaların xüsusi ab-havası var idi. Analoji hal Hokkenhaymda da olacaq. Holland azarkeşlər bu mərhələni çox sevəcəklər – onlar üçün əsl bayram olacaq”.

Qeyd edək ki, yarış həftəsonu üçün həmin tribunaya biletlərin qiyməti uşaqlar üçün 75 avro, böyüklər üçün isə 249 avro olacaq.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*