H.Marko darıxdırıcı mövsümə ümid edir

Red Bull maşınları Melburnda rəqiblərindən çox üstün idilər, Malayziyada RB7-yə KERS də qoyulmalıdır – sistem dövrədə əlavə 0.3 saniyə üstünlük […]

Red Bull maşınları Melburnda rəqiblərindən çox üstün idilər, Malayziyada RB7-yə KERS də qoyulmalıdır – sistem dövrədə əlavə 0.3 saniyə üstünlük də verməlidir.

Bild-ə müsahibəsində Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, darıxdırıcı mövsümə ümid edir – yəni komandasının ciddi müqavimət görmədən hər iki titul qazanmasına ümid edir. Marko Ferrari və McLaren sürücülərini əsas rəqib sayır, amma Mercedes GP sürücülərini ciddi rəqib kimi görmür…

Helmut Marko: “Əlbəttə, mən darxıdırıcı mövsüm arzulayıram, istəyirəm ki, heç bir problemsiz hər iki titulu qazanaq, amma Alonso və Həmilton yəqin ki, başqa cür düşünürlər.

Mercedes GP? Mən onları bizim birbaşa rəqibimiz hesab etmirəm, hərçənd mövsümün gedişində onlar təkmilləşə bilərlər, axı mövsümöncəsi testlərdə hamı elə bilirdi ki, onların maşını çox sürətlidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*