Binotto Arrivabeneni əvəzləyəcək?

Sky telekanalının alman redaksiyasının məlumatına görə, mövsümün ikinci hissəsində yol verilən bir çox səhvlər Ferrari komandasının rəhbəri Mauritsio Arrivabeneyə baha başa gələcək. Onun yerinə isə, dəfələrlə məlumat verdiyimiz kimi, komandanın hazırki texniki direktoru Mattia Binottonun gətiriləcəyi bildirilir.

F-1.az bildirir ki, bu, çox da gözlənilməz xəbər deyil – Binotto öz işinin öhdəsindən yaxşı gəlir, Ferrari-nin bolidi peletonda ən yaxşı olmasa da, titul üçün komandanın riyazi şansları hələ də davam edir. Bir sıra təşkilati səhvlər komandanı geri salıb. Sercio Markionne də baş verənlərə görə məhz Mauritsionu günahlandırır.

Qeyd edək ki, bunlar qeyri-rəsmi məlumatlardır. Rəsmi açıqlama üçün ən azı mövsümün sonuna qədər gözləməli olacağıq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*